Donald Tramp - çoxları deyir ki, mən diktatoram, amma mən diktator deyiləm, mən sağlam düşüncəli, ağıllı bir insanam
Donald Tramp - çoxları deyir ki, mən diktatoram, amma mən diktator deyiləm, mən sağlam düşüncəli, ağıllı bir insanam

Vaşinqtonda cari hadisələr barədə danışarkən, ABŞ Prezidenti Donald Tramp bildirib ki, o diktator deyil.

“Biz yüzlərlə silahı kiçik uşaqlardan almışıq, onlar silahı konfetlər kimi atırdılar. Biz onlarla qeyri-qanuni miqrantı həbs etdik. Biz insanlardan onlarla qanunsuz odlu silahı götürdük. Sıfır qətl, qətl olmayıb. Son həftə ərzində qətl olmayıb. Çoxları mənim haqqımda deyir ki, mən diktatoram. Mən diktator deyiləm. Mən sağlam düşüncəli, ağıllı bir insanam”, – Tramp bildirib.

Bununla yanaşı, ABŞ prezidenti Milli Qvardiyanın Çikaqoya yerləşdirilməsi imkanını istisna etməyib. Məlumat üçün bildirək ki, Donald Tramp 11 avqustda Vaşinqtonda Milli Qvardiyanın yerləşdirilməsi barədə əmr verib.