Donald Tramp - çox hörmətli prezident Lukaşenko ilə telefon danışığı zamanı mən ona məhbusların azad edilməsinə görə təşəkkür etdim, biz daha 1300 məhbusun azad edilməsini nəzərdən keçiririk
ABŞ prezidenti Donald Tramp və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Bu barədə Donald Tramp sosial şəbəkədə yazıb.
Trampın qeyd etdiyi kimi, o, 16 məhbusun azadlığa buraxılmasına görə Lukaşenkoya təşəkkür edib.
“Belarusun çox hörmətli prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Telefon zənginin məqsədi 16 məhbusu azad etdiyinə görə ona təşəkkür etmək olub. Biz həmçinin, əlavə 1300 məhbusun azad edilməsini müzakirə edirik. Çox yaxşı söhbətimiz oldu. Biz bir çox məsələni, o cümlədən prezident Putinin Alyaskaya səfərini müzakirə etdik. Prezident Lukaşenko ilə gələcək görüşü səbirsizliklə gözləyirəm”, – Tramp yazır.