Donald Tramp - İtaliyadan da, İspaniyadan da razı deyiləm, onlar hesab edirlər ki, İranın nüvə silahına sahib ola bilməsi mümkündür,  bunun məqbul olduğunu düşünən hər kəs çox ağıllı deyil
Donald Tramp - İtaliyadan da, İspaniyadan da razı deyiləm, onlar hesab edirlər ki, İranın nüvə silahına sahib ola bilməsi mümkündür, bunun məqbul olduğunu düşünən hər kəs çox ağıllı deyil

Donald Trump ABŞ-ın Avropadakı müttəfiqlərindən narazılıq ifadə edir, onun sözlərinə görə, onlar İranın nüvə silahlanması məsələsində kifayət qədər sərt mövqe nümayiş etdirmirlər.

Onun sözlərinə görə, ABŞ İrana nüvə silahına sahib olmağa imkan verməyəcək.

” İtaliyadan da, İspaniyadan da razı deyiləm. Onlar hesab edirlər ki, İranın nüvə silahına sahib ola bilməsi mümkündür. Bunun məqbul olduğunu düşünən hər kəs çox ağıllı deyil. Əgər İranın nüvə silahına sahib olmasına icazə versək, dünya heç vaxt görmədiyi bir problemlə üzləşəcək. Bu, baş verməyəcək”, – Tramp bildirib.