Donald Tramp İsrail və "Hizbullah" arasında atəşkəs razılaşmasının əldə olunduğunu bildirir
Donald Tramp İsrail və “Hizbullah” arasında atəşkəs razılaşmasının əldə olunduğunu bildirir.
“İsrail Baş naziri Bibi Netanyahu ilə çox məhsuldar söhbətim oldu. Beyruta əsgərlər daxil olmayacaq, yolda olan hərbi bölmələr isə artıq geri qaytarılıb”, – Tramp sosial şəbəkədə yazır.
ABŞ prezidentinin bildirdiyinə görə, onun “Hizbullah” nümayəndələri ilə təması olub və İsrail ilə “Hizbullah” arasında tam atəşkəs barədə razılıq əldə olunub.
“Yüksək vəzifəli şəxslər vasitəsilə “Hizbullah“ ilə çox yaxşı bir söhbətim oldu və onlar atəşkəs barədə razılığa gəldilər. İsrail onlara hücum etməyəcək, onlar da İsrailə hücum etməyəcəklər”, – Tramp yazır.