Donald Tramp - İsrail İordan çayının qərb sahilini ilhaq etməyə cəhd edərsə, dəstəyimizi itirəcək
İsrail İordan çayının qərb sahilini ilhaq etməyə cəhd edərsə, Birləşmiş Ştatların hərtərəfli dəstəyini itirəcək, – bu barədə ABŞ prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində bildirib.
Donald Tramp dediyinə görə, İordan çayının qərb sahilinin ilhaqı baş verməyəcək, çünki o, “ərəb ölkələrinə söz verib”.
“İndi bunu etmək mümkün deyil. Bizim böyük ərəb dəstəyimiz var idi. Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm”, – ABŞ prezidenti qeyd edib.
Donald Tramp bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunu Qəzzada “HƏMAS”a qarşı müharibəni dayandırmağa məcbur edib. Əks halda, bu müharibə illərlə davam edə bilərdi.
„Mən Bibiyə dedim: “Bibi, sən dünya ilə döyüşə bilməzsən. Fərdi döyüşlərdə mübarizə apara bilərsən, amma dünya sənin əleyhinədir. İsrail isə dünya ilə müqayisədə çox kiçik bir yerdir”, — deyə Donald Tramp qeyd edib.
Bununla yanaşı, ABŞ prezidenti İsrailin Qətərdə “HƏMAS” liderlərinə hücumunu “dəhşətli səhv” adlandırır.