Donald Tramp İranlılara sosial şəbəkədə fars dilində müraciət edir – sizin etirazınızı müşahidə edirik və cəsarətinizdən ilham alırıq

13:04, 12.01.2020

ABŞ prezidenti, Donald Tramp İranda keçirilən hökumətə qarşı aksiyaya sosial şəbəkədə əks səda verdi. O, İran xalqına inglis, eləcə də fars dilində müraciət etdi:

“Uzun müddət əzab çəkən İran xalqına: mənim prezident olduğum ilk günündən sizinlə birlikdəyəm və mənim administrasiyam arxanızda durmağı davam etdirəcək. Biz sizin etirazınızı diqqətlə müşahidə edirik və cəsarətinizdən ilham alırıq”, – Donald Tramp yazır.

İran mediasının məlumatına görə, Tehranda hökumətə qarşı etiraz aksiyası keçirildi.

Oxşar