Donald Tramp - İranla sülh danışıqlarının uğursuz olacağı təqdirdə, ABŞ hərbi gəmilərini ən müasir silahlarla təchiz edir
Donald Tramp - İranla sülh danışıqlarının uğursuz olacağı təqdirdə, ABŞ hərbi gəmilərini ən müasir silahlarla təchiz edir

İranla sülh danışıqlarının uğursuz olacağı təqdirdə, ABŞ hərbi gəmilərini ən müasir silahlarla təchiz edir, – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Donald Tramp “New York Post” qəzetinə verdiyi telefon müsahibəsində ”bunun təxminən 24 saat ərzində məlum olacağını” qeyd edib.

“Biz gəmilərimizi indiyə qədər istehsal olunmuş ən yaxşı silahlarla, hətta tam məhv üçün istifadə etdiyimizdən daha yüksək səviyyədə silahlarla təchiz edirik. Əgər razılaşma olmazsa, onlardan istifadə edəcəyik, çox səmərəli şəkildə istifadə edəcəyik”, – Donald Tramp bildirib.

Bununla yanaşı, ABŞ prezidenti iranlılarla bağlı qeyd edib ki, onlar elə insanlardır ki, “doğru deyib-demədiklərini bilmirsən”.

ABŞ və İran arasında danışıqlar 11 apreldə Pakistanda keçiriləcək.