Donald Tramp - İranla müharibə bitdikdən sonra benzin, neft və hər şeyin qiyməti düşəcək
Donald Tramp - İranla müharibə bitdikdən sonra benzin, neft və hər şeyin qiyməti düşəcək

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin bitməsindən sonra neft və qazın qiymətlərinin kəskin şəkildə düşəcəyini bildirir.

Bununla yanaşı, Tramp ABŞ-ın iqtisadi vəziyyətini müsbət qiymətləndirib və fond bazarının rekord səviyyədə olduğunu bildirib.

“Bu müharibə bitən kimi benzinin, neftin və hər şeyin qiyməti düşəcək, amma hazırda, bu anda fond bazarı rekord həddə çatıb. Bu gün ABŞ-da ölkə tarixinin istənilən dövründən daha çox insan işləyir. Biz həqiqətən yaxşı vəziyyətdəyik. Hazırda benzin qiymətləri yüksəkdir. Digər qiymətlər düşüb, amma benzinin qiyməti yüksəkdir”, – deyə Donald Tramp qeyd edib.

ABŞ Prezidentinin sözlərinə görə, müharibənin sona çatması həm də “dünyanın İranın nüvə silahı olmadan qalması” deməkdir.