Donald Tramp – İranla müqavilə tamamilə imzalanıb, əsas odur ki, İranın nüvə silahı olmayacaq, onlar bununla razılaşdılar

22:41, 15.06.2026

ABŞ Prezidenti Donald Tramp İranla müqavilənin “imzalandığını” bildirir.

“Deyə bildiyim üçün çox şadam: müqavilə tamamilə imzalanıb. Boğaz artıq qismən açılıb. Bir neçə mina axtarırlar, artıq bir neçəsini tapıblar. Cümə günü boğaz tamamilə açılacaq. Yaxın Şərqdə çoxlu yaxşı şeylər baş verəcək. Əsas odur ki, İranın nüvə silahı olmayacaq, onlar güclü nəzarət mexanizmləri ilə bununla tamamilə razılaşdılar. Yaxşı bir iş gördük və ümid edirəm ki, yaxşı münasibətlərimiz olacaq. Belə olmasa, ilkin nöqtəyə qayıdacağıq, lakin bunun lazım olacağını düşünmürəm. İranla saziş dünyaya çoxlu xeyir gətirəcək, çünki neft orada uzun müddət bloklanmışdı. Makron bəzən mənə zəng edib deyirdi: “Gəl, neft qiymətlərinin öhdəsindən gələk”. İndi neftin qiyməti kəskin şəkildə düşür və mən bununla çox fəxr edirəm“, – Donald Tramp Fransada, Emmanuel Macron ilə görüşü zamanı bildirib.

ABŞ prezidentindən razılaşmanın İrana qarşı sanksiyaların yüngülləşdirilməsini əhatə edib-etməyəcəyi soruşulub.

“Xeyr, əhatə etmir”, – Tramp cavab verib.

Oxşar