Donald Tramp – İranla intensiv danışıqlar aparılır, əgər nəticə verməsə, çox güclü hərbi əməliyyatları yenidən bərpa edəcəyik
İranla intensiv danışıqlar aparılır, əgər nəticə verməsə, çox güclü hərbi əməliyyatları yenidən bərpa edəcəyik, – bu barədə ABŞ prezidenti Donald Tramp “Axios” nəşrinə müsahibəsində bildirib.
“Axios”un məlumatına görə, danışıqlar əsasən İran və Oman arasında aparılır, lakin prosesə Qətər, Pakistan, Misir, həmçinin Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də fəal şəkildə cəlb olunublar.
Nəşr qeyd edir ki, hazırkı danışıqlar Hörmüz boğazının açılmasını və İranın nüvə proqramı ilə bağlı hərtərəfli saziş üzrə danışıqların bərpasını nəzərdə tutan yeni razılaşmanın əldə olunmasına yönəlib.
“Axios”la söhbətində Tramp deyib ki, iyulun 24-də İrana hərbi zərbələrin endirilməsini dayandırmaq qərarına gəlməsinin səbəbi vasitəçi ölkələrin ondan danışıqlar üçün daha bir şans istəmələri olub.
“İranla işləyən hər kəs mənə “zərbə endirmə” deyirdi”, – deyə Tramp bildirib və əlavə edib ki, onun qiymətləndirməsinə görə, İran razılıq əldə etmək istəyir.