Donald Tramp İranla bağlı variantlara hərbi eskalasiya və ya razılaşmanın daxil olduğunu bildirib - "Bombardmanın yenidən başlanmasını üstün tutmuram, amma bu da bir variantdır”
Donald Tramp İranla bağlı variantlara hərbi eskalasiya və ya razılaşmanın daxil olduğunu bildirib - "Bombardmanın yenidən başlanmasını üstün tutmuram, amma bu da bir variantdır”

ABŞ prezidenti Donald Tramp İranın son təklifindən narazı olduğunu bildirir.

“Onlar razılaşma əldə etmək istəyirlər. Mən bundan məmnun deyiləm”, – Tramp Ağ Evdə jurnalistlərə bildirib.

“CNN”in yazdığına görə, Donald Trump İranın son sənədində nələri qəbul etmədiyini dəqiqləşdirməyib və Tehranın rəsmi şəxslərinin bəlkə də heç vaxt münaqişəni danışıqlar yolu ilə həll etməyə yaxınlaşa bilməyəcəyinə işarə edib.

ABŞ prezidenti İran rəhbərliyi daxilində mövcud fikir ayrılıqlarından danışıb.

“Onlar irəliləyiş əldə ediblər, amma onların nə vaxtsa məqsədə çatıb-çatmayacaqlarına əmin deyiləm. Rəhbərlik çox parçalanıb. Onun iki və ya üç qrupu var, bəlkə də dördü, və bu, çox əlaqəsiz və uyğunsuz bir rəhbərlikdir. Yuxarıda deyilənləri nəzərə alsaq, onların hamısı razılaşma istəyir, amma hamısı qarışıqlıq içindədir”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti bildirib ki, İranla bağlı onun qarşısında olan variantlar ya böyük hərbi eskalasiya, ya da razılaşmanın əldə olunmasıdır.

“Variantlar var. Biz sadəcə onları tamamilə məhv etmək, həmişəlik aradan qaldırmaq istəyirik, yoxsa razılaşma bağlamağa cəhd etmək istəyirik? Bunlar variantlardır”, – Donald Tramp bildirib və təsdiqləyib ki, dünən axşam ABŞ Mərkəzi Komandanlığından hərbi variantlarla bağlı yenilənmiş məlumat alıb.

“ABŞ prezidenti bombardmanı bərpa etməyi üstün tutmadığını bildirib.

“İnsan baxımından mən bunu üstün tutmuram, amma bu da bir variantdır: biz oraya güclü şəkildə daxil olub onları sadəcə məhv etmək istəyirik, yoxsa nəsə başqa bir şey etmək istəyirik?” – Tramp Ağ Evdə deyib.