Donald Tramp - İranla 45 günlük atəşkəs təklifi vacibdir, kifayət qədər yaxşı olmasa da, çox mühüm bir addımdır
Donald Tramp - İranla 45 günlük atəşkəs təklifi vacibdir, kifayət qədər yaxşı olmasa da, çox mühüm bir addımdır

ABŞ prezidenti Donald Tramp İranla 45 günlük atəşkəs təklifini “əhəmiyyətli addım” adlandırıb. Lakin onun dediyinə görə, bu “kifayət qədər yaxşı deyil”.

“Onlar bir təklif irəli sürdülər və bu, əhəmiyyətli bir təklifdir, əhəmiyyətli bir addımdır. Bu, kifayət qədər yaxşı deyil, amma çox əhəmiyyətli bir addımdır. Onlar indi danışıqlar aparırlar və çox əhəmiyyətli bir addım atıblar. Görək nə baş verəcək. Birinci rejim devrildi, ikinci rejim devrildi, indi isə qarşılaşdığımız üçüncü qrup əvvəlkilər qədər radikal deyil və hesab edirik ki, onlar əslində daha ağıllıdırlar”, – Tramp qeyd edib.

Bununla yanaşı, “CNN” bir mənbəyə istinadən Donald Trampın beynəlxalq vasitəçilər tərəfindən hazırlanmış 45 günlük atəşkəs planını dəstəkləmədiyi barədə məlumat yayıb.

“Bu, çoxsaylı ideyalardan biridir”, – Ağ Evin nümayəndəsi bildirib və qeyd edib ki, ABŞ-ın İrandakı hərbi əməliyyatı sürətlə davam edir.

Hörmüz boğazına gəlincə, ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran Hörmüz boğazını yenidən açmağa razılaşmasa, daha “pis” variantlar da mövcuddur.

ABŞ prezidenti Donald Tramp İrana razılaşmanı qəbul etməsi üçün çərşənbə axşamına qədər vaxt verib, əks halda isə bütün ölkəni partlatmaqla hədələyib.

“Əgər bu baş verərsə, baş verəcək; əgər baş verməsə, bütün ölkəni partladacağıq. Dediyim kimi, onu partladacağıq. Razılıq əldə edilməsə, bu, ölkədə körpünün və elektrik stansiyasının günü olacaq”, – Donald Tramp qeyd edib.