Donald Tramp İranın yeni ali lideri kimi Müctəba Xameneinin təyin olunmasından narazı olduğunu bildirir
Donald Tramp İranın yeni ali lideri kimi Müctəba Xameneinin təyin olunmasından narazı olduğunu bildirir

Donald Tramp İranın yeni ali lideri kimi Müctəba Xameneinin təyin olunmasından narazı olduğunu bildirir. Bu barədə ABŞ prezidenti “New York Post” qəzetinə verdiyi müsahibədə bildirib.

Jurnalistin ABŞ-ın hansı tədbirlər görə biləcəyi barədə sualına Tramp qısa cavab verib: “Bunu sizə deməyəcəyəm. Mən razı deyiləm”.

ABŞ prezidentindən İrana ABŞ quru qoşunlarının mümkün yerləşdirilməsi ilə bağlı sual verilib. Tramp bu məsələ ilə bağlı heç bir qərarın verilmədiyini deyib.

“Biz bu barədə qərar verməmişik. Biz buna yaxın belə deyilik”, – deyə Tramp qeyd edib.

Bununla yanaşı, Müctəba Xameneinin Ali Rəhbər seçilməsindən əvvəl Tramp Ayətullah Əli Xameneinin oğlunun seçilməsinin onun üçün “qəbuledilməz bir seçim” olacağını və İranın yeni liderinin onun razılığı olmadan “çox uzun müddət dayana bilməyəcəyini” bəyan edirdi.

Xatırladaq ki, Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib.