Donald Tramp - İranın şər imperiyasının nüvə silahı əldə etməsinin, dünyanı məhv etməsinin qarşısını almaq mənim üçün çox vacibdir, mən buna heç vaxt icazə verməyəcəyəm
ABŞ dünyanın ən iri neft istehsalçısıdır, buna görə də neftin qiymətləri artdıqda, biz böyük məbləğdə gəlir əldə edəcəyik, – bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
Lakin onun dediyinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq daha böyük maraq və əhəmiyyət kəsb edir.
“Amerika Birləşmiş Ştatları dünyanın ən iri neft istehsalçısıdır, buna görə də neftin qiymətləri artdıqda, biz böyük məbləğdə gəlir əldə edəcəyik. Lakin, Prezident kimi, mənim üçün İranın şər imperiyasının nüvə silahı əldə etməsinin qarşısını almaq, Yaxın Şərqi və mahiyyət etibarilə dünyanı məhv etmək daha böyük maraq və əhəmiyyət kəsb edir. Mən buna heç vaxt icazə verməyəcəyəm”, – deyə Donald Tramp yazıb.