Donald Tramp İranın ruhani lideri Ayətullah Əli Xameneinin ölkədən çıxmaq üçün yer axtardığını bildirir
Donald Tramp İranın ruhani lideri Ayətullah Əli Xameneinin ölkədən çıxmaq üçün yer axtardığını bildirir

İranın Ali Lideri Ayətullah Əli Xamenei ölkədən çıxmaq üçün yer axtarır, – bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” ilə müsahibəsində bildirib.

ABŞ prezidentinin sözlərinə görə, kütləvi etiraz aksiyaları fonunda İran rejimi dağıla bilər.

Trampın iddiasına görə, Vaşinqton İranda davam edən hadisələri intensiv şəkildə izləyir.

İranın ruhani liderinin “B” planı olduğunu və Rusiyaya getməyə hazırlaşdığını bilib-bilmədiyi soruşulanda, Tramp belə cavab verdi: “Yaxud başqa bir yerdə. O, bir yer axtarır.”