Donald Tramp - İranın nüvə silahına sahib olmasına icazə verilməməlidir, əgər onlar nüvə silahına sahib olsalar, Yaxın Şərq yox olacaq, İsrail yox olacaq və yəqin ki, ondan sonra Avropayı vuracaqlar
İranın nüvə silahına sahib olmasına icazə verilməməlidir, əgər onlar nüvə silahına sahib olsalar, Yaxın Şərq yox olacaq, İsrail yox olacaq və yəqin ki, ondan sonra Avropayı vuracaqlar, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton bütün dünyanın maraqlarına xidmət edir və gücə malik digər ölkələrin liderləri bunu etməli idilər, amma etmədilər.
“Onlar düşünürlər ki, mən bundan yorulacağam və ya bezəcəyəm, yaxud müəyyən təzyiqlərlə üzləşəcəyəm. Lakin heç bir təzyiq yoxdur. Əsla heç bir təzyiq mövcud deyil. Biz mütləq qələbəyə nail olacağıq. Nəzəri cəhətdən, hərbi nöqteyi-nəzərdən biz artıq tam qələbəni təmin etmişik. Baxın, onların donanması məhv edilib. Onların yüz əlli doqquz gəmisi var idi. İndi isə gündə səkkizini məhv etdiyimiz kiçik sürətli qayıqlardan başqa heç nələri yoxdur. Onların hərbi hava qüvvələri yoxdur. Hava hücumundan müdafiə sistemləri yoxdur. Radarları yoxdur. Səmimi desək, onların birinci və ikinci səviyyəli liderləri, üçüncü səviyyəli liderlərinin isə yarısı öldürülüb. Sonra onlar geri qayıdır, danışıqlar aparmaq istəyirlər və axmaq bir təklif irəli sürürlər. Bu axmaq bir təklifdir və heç kim bunu qəbul etməyəcək, hərçənd Obama qəbul edərdi, Bayden qəbul edərdi. Onların qəbul etdikləri isə bundan qat-qat pisi idi. Buna görə də, biz onları iki dəfə dayandırdıq”, – Donald Tramp qeyd edib.
ABŞ prezidentinin iddiasına görə, İran hakimiyyətində iki qrup var: mötədillər və dəlilər. Onun sözlərinə görə, mötədillər daha hörmətəlayiqdir, dəlilər isə sona qədər mübarizə aparmaq istəyirlər.