Donald Tramp İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməli olduğunu bildirir
Donald Tramp İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməli olduğunu bildirir

ABŞ prezidenti Donald Tramp İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməli olduğunu bildirir. Donald Tramp bu barədə “Axios”a verdiyi telefon müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranın ruhani lideri seçilən Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei onun üçün qəbuledilməzdir. Trampın fikrincə, Müctəba Xamenei Ayətullah Əli Xameneinin siyasətini davam etdirərək, ABŞ-ı beş ildən sonra müharibəyə qayıtmağa məcbur edəcək.

“Biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik. Onlar vaxtlarını boşa sərf edirlər. Xameneinin oğlu zəif bir insandır. Venesuelada Delsi Rodriges məsələsində olduğu kimi, mən də təyinat prosesində iştirak etməliyəm“, – Tramp qeyd edib.