Donald Tramp – İranın məğlubiyyətindən sonra, tezliklə Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm

10:26, 15.08.2026

İranın məğlubiyyətindən sonra, tezliklə Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm, – bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda, Polis Akademiyasının tədbirində çıxışı zamanı bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton boğaza blokada tətbiq edib və ABŞ istəmədikcə heç bir gəmi oradan keçə bilməz.

“Çox ağır şəkildə məğlub olan İranı məğlub etdikdən sonra, tezliklə Hörmüz boğazını Amerika Birləşmiş Ştatlarının ərazisi elan edəcəyəm”, – deyə ABŞ Prezidenti qeyd edib.

Trampın bildirdiyinə görə, o, hərbi qüvvələr yaradıb və onlardan istədiyindən daha çox istifadə edib, lakin o, İranın nüvə silahına sahib olmasına icazə verə bilməyəcəyini də qeyd edib.

Tramp İranı dünyada terrorun bir nömrəli sponsoru ölkə adlandırıb.

Oxşar