Donald Tramp - İranın arsenalındakı ən güclü silah Amerika mediası tərəfindən yayılan "saxta xəbərlərdir"
Donald Tramp - İranın arsenalındakı ən güclü silah Amerika mediası tərəfindən yayılan "saxta xəbərlərdir"

İranın arsenalındakı ən güclü silah Amerika mediası tərəfindən yayılan “saxta xəbərlərdir”, – bu barədə Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

ABŞ prezidentinin sözlərinə görə, İran hazırda “çox pis vəziyyətdədir” və demək olar ki, heç bir hərbi qabiliyyəti yoxdur.

“Onların artıq hərbi gücü yoxdur. Əllərində qalan yeganə şey yaxşı danışıq və saxta mediadır. Yalan xəbərlər yəqin ki, onların ən böyük aktivdir”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, əgər Birləşmiş Ştatlar İranın hərbi infrastrukturunu, donanmasını, hərbi hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini və rəhbərliyini tamamilə məhv etsəydi və İran təslim olmağa məcbur qalsaydı, bəzi Amerika mediası belə bir vəziyyətdə belə hadisələri İranın xeyrinə işıqlandırardı.

“Əgər İran ağ bayraq qaldırıb “Amerikanın böyük və qüdrətli hərbi gücünə təslim oluruq” desəydi, “The New York Times” İranın mərdliklə döyüşdüyünü və Amerika Birləşmiş Ştatlarına qalib gəldiyini yazardı. İşıqlandırma çox bərbaddır”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, Amerika mediasının bir hissəsi hərbi uğurları məğlubiyyət kimi qələmə verir ki, bu da Trampın qiymətləndirməsinə görə, ölkənin maraqlarına zərər vurur.

“Bir ölkənin həqiqətən böyük olması üçün ədalətli mediaya ehtiyacı var. Bizim isə ədalətli mediamız yoxdur. Onların edə biləcəyi tək şey yalan danışmaqdır”, – deyə ABŞ prezidenti bildirib.

İranla münaqişənin respublikaçılara aralıq seçkilərində problem yarada biləcəyi barədə suala cavab olaraq Tramp bildirib ki, hərbi qərarlar seçki təqvimindən asılı olmamalıdır.

“Əgər bu məntiqlə hərəkət etsəydik, seçkilərin başa çatmasını gözləməli və yalnız ondan sonra addım atmalı idik. Lakin İranın nüvə silahı ola bilməz. Mən doğru hesab etdiyim şeyi edirəm”, – deyə Tramp bildirib.