Donald Tramp İranı atəşkəs razılaşmasını pozmaqda ittiham edir – “İran Hörmüz boğazında üzən gəmilərə ən azı dörd pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib”
ABŞ prezidenti Donald Tramp İranı atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Donald Trampın bildirdiyinə görə, İran Hörmüz boğazında üzən gəmilərə ən azı dörd pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.
ABŞ Prezidenti sosial şəbəkədə yazır ki, bir pilotsuz uçuş aparatı yük daşıyan bahalı gəminin göyərtəsinə dəyib.
“Gəmi zədələnib, lakin gəmi yoluna davam edə bilib. Biz daha üç dronu vurduq. Əlbəttə ki, bu, atəşkəs razılaşmasının mənasız şəkildə pozulmasıdır”, – Tramp sosial şəbəkədə yazır.