Donald Tramp İrandan danışıqların dayandırılması ilə bağlı heç bir bildiriş almadığını bildirir - "Bu, oraya gedib bomba yağdırmağa başlayacağımız mənasına gəlmir, biz blokadanı qoruyub saxlayacağıq"
Donald Tramp İrandan danışıqların dayandırılması ilə bağlı heç bir bildiriş almadığını bildirir - "Bu, oraya gedib bomba yağdırmağa başlayacağımız mənasına gəlmir, biz blokadanı qoruyub saxlayacağıq"

ABŞ Prezidenti Donald Tramp İrandan sülh danışıqlarının dayandırılması ilə bağlı heç bir bildiriş almadığını bildirir.

ABŞ prezidentinin “NBC News”a telefon müsahibəsində bildirdiyinə görə, İran tərəfindən bu cür bəyanat “tamamilə gözləniləndir”.

“Bu, müvafiq bir bəyanatdır, çünki onlar danışıqlarda döyüşdə olduqlarından daha güclüdürlər”, – deyə Tramp bildirib.

Bununla yanaşı, Trampın sözlərinə görə, bu, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları genişləndirməyi planlaşdırdığı mənasına gəlmir.

“Bu, oraya gedib bomba yağdırmağa başlayacağımız mənasına gəlmir, biz blokadanı qoruyub saxlayacağıq”, – deyə ABŞ Prezidenti qeyd edib.

Trampın qeyd etdiyi kimi, tərəflər arasında ünsiyyət həddindən artıq intensivləşib və bu mərhələdə səssizlik, ola bilsin ki, daha faydalı olsun.

“Düşünürəm ki, həddindən artıq çox danışırıq. Bir müddət səssiz qalmaq çox yaxşı olardı”, – deyə Tramp qeyd edib.

Məlumat üçün bildirək ki, İran mediasında yayılan məlumata görə, İran ABŞ ilə danışıqları dayandırıb. Media məlumatına görə, buna səbəb İsrailin Livandakı hərəkətləridir.