Donald Tramp - İran soruşur ki, sanksiyaların ləğvi mümkündürmü, mən hazıram onları dinləməyə, görək, nə çıxacaq, mən buna açığam
ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, İran ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvi mümkün olub-olmadığını soruşur.
Bu barədə “Reuters” agentliyi yazır.
“İran sanksiyaların ləğvi mümkün olub-olmadığını soruşur. İrana çox sərt sanksiyalar tətbiq edilib. Mən hazıram onları dinləməyə, görək, nə çıxacaq, mən buna açığam”, – Tramp bildirib.
İranın BMT-dəki diplomatik missiyası “Reuters”in sualına şərh verməyib.
Qeyd etmək lazımdır ki, cari həftənin əvvəlində İranın ruhani lideri Ayətulla Əli Xamenei bildirirdi ki, İran ilə ABŞ arasında əməkdaşlıq mümkün deyil, çünki Vaşinqton İsraili dəstəkləməyə davam edir, hərbi bazalarını saxlayır və Yaxın Şərq məsələlərinə müdaxilə edir.
İkinci müddətdə Ağ Ev administrasiyasına qayıtdıqdan sonra Donald Tramp İrana qarşı “maksimum təzyiq” kampaniyasını yenidən başlatdı; bu kampaniya əsasən İranın nüvə silahı hazırlamasının qarşısını almağa yönəlmişdi. ABŞ cari ilin iyun ayında İranın nüvə obyektlərini bombaladı.
İsrail və İran arasında 12 günlük müharibə başlamazdan əvvəl iki ölkə arasında nüvə müzakirələrinin beş raundu keçirildi. Lakin bu danışıqlar heç bir nəticə vermədi.