Donald Tramp İran silahlı qüvvələrinə müraciət edib - silahı yerə qoymalısınız və tam toxunulmazlıq alacaqsınız, əks halda alternativ olaraq sizi qaçılmaz ölüm gözləyir
Donald Tramp İran silahlı qüvvələrinə müraciət edib - silahı yerə qoymalısınız və tam toxunulmazlıq alacaqsınız, əks halda alternativ olaraq sizi qaçılmaz ölüm gözləyir

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyata başladığını elan edib.

Tramp İranı tərksilah olmağa və təslim olmağa çağırıb.

“Amerika Birləşmiş Ştatlarının hərbçiləri bir az əvvəl İranda irimiqyaslı hərbi əməliyyata başladı. Məqsədimiz, çox qəddar və qorxunc bir qrup insan olan İran rejiminin yaratdığı qaçılmaz təhlükəni aradan qaldırmaqla amerikalıları qorumaqdır. Onların təhdid xarakterli hərəkətləri birbaşa ABŞ-a, bizim silahlı qüvvələrimizə, xaricdə yerləşən bazalarımıza və bütün dünyadakı müttəfiqlərimizə təhlükə yaradır.

47 il ərzində İran rejimi “Amerikaya ölüm” şüarını səsləndirirdi, ABŞ-a, hərbçilərimizə və günahsız insanlara, eləcə də bir çox ölkələrə qarşı yönəlmiş sonsuz qan tökülməsi və kütləvi qırğın kampaniyası aparırdı”, – deyə ABŞ prezidenti bildirib.

Bununla yanaşı, Donald Tramp qeyd edib ki, hərbi əməliyyatın məqsədi İranın nüvə proqramlarını məhv etməkdir.

“Bu terrorçu rejim heç vaxt nüvə silahına malik olmayacaq. Bir daha deyirəm: onların heç vaxt nüvə silahı olmayacaq”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti “İslam İnqilabı Keşikçiləri Korpusu”na və silahlı qüvvələrə müraciət edib.

“Silahı yerə qoyun və tam toxunulmazlıq alacaqsınız, əks halda alternativ olaraq sizi qaçılmaz ölüm gözləyir”, – deyə Donald Tramp bildirib.