Donald Tramp - İran rəhbərliyinin planlaşdırılmış bütün edamları ləğv etməsini həqiqətən yüksək qiymətləndirirəm, bunun üçün təşəkkür edirəm
ABŞ prezidenti Donald Tramp aksiya iştirakçılarının planlaşdırılmış edamlarını ləğv etdiyinə görə İran rəhbərliyinə təşəkkür edib.
Tramp bu barədə sosial şəbəkədə yazır.
“İran rəhbərliyinin dünən həyata keçirilməsi planlaşdırılan bütün edamları (800-dən çox) ləğv etməsini çox yüksək qiymətləndirirəm. Bunun üçün təşəkkür edirəm”, – deyə ABŞ prezidenti yazıb.
Məlumat üçün bildirək ki, son həftələrdə Tramp dəfələrlə İranı hərbi güc tətbiq etməklə hədələyib. ABŞ prezidenti həmçinin Səudiyyə Ərəbistanı, Qətər və Omanın onu hücumu həyata keçirməkdən çəkindirməyə çalışdığı barədə məlumatları da təkzib edib. “Məni heç kim inandırmayıb. Mən özümü inandırdım”, – deyə Tramp bildirib.
İnsan haqları fəallarının bildirdiyinə görə, İran qüvvələri nümayişləri basdırmaq üçün minlərlə insanı öldürüb.