Donald Tramp - İran razılaşma əldə etmək üçün can atır
Donald Tramp - İran razılaşma əldə etmək üçün can atır

ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, ABŞ dünyada ən böyük orduya malikdir.

Tramp bu bəyanatı Federal Ehtiyat Sisteminin yeni rəhbəri Kevin Uorşun andiçmə mərasimində səsləndirib.

“Dünyanın ən böyük hərbi qüvvələrinə sahibik. Mən Prezident Si Dzinpinlə bir yerdə idim və ona dünyanın ən böyük hərbi qüvvələrinə sahib olduğumuzu bildirdim. Əslində, o, buna etiraz etmədi. Möhtəşəm bir görüşümüz oldu. Əslində, mənimlə çox razılaşmadı, amma çox da etiraz etmədi”, – Tramp bildirib.

ABŞ Prezidenti İran barəsində də danışıb və qeyd edib ki, İran saziş bağlamağı çox istəir.

“İranda nə etdiyimizə baxın. İran razılaşma əldə etmək üçün can atır. Görək nə olacaq, amma biz onlara sərt zərbələr endirdik və başqa seçimimiz yox idi, çünki İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz”, – Tramp qeyd edib.