Donald Tramp - İran nüvə ambisiyalarından əl çəkməyə hazır deyil, İran heç vaxt nüvə silahına sahib olmayacaq
Donald Tramp - İran nüvə ambisiyalarından əl çəkməyə hazır deyil, İran heç vaxt nüvə silahına sahib olmayacaq

İran nüvə ambisiyalarından əl çəkməyə hazır deyil, – bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.

Trampın sözlərinə görə, Pakistanda keçirilən danışıqlar “yaxşı keçib və bəndlərin əksəriyyəti üzrə razılıq əldə olunub”. Lakin ABŞ Prezidentinin izah etdiyi kimi, ən vacib məsələdə — nüvə proqramı üzrə razılıq əldə olunmayıb.

ABŞ prezidenti deyir ki, razılaşdırılmış bəndlər hərbi əməliyyatları davam etdirməkdən daha yaxşı ola bilər, lakin bütün bunlar nüvə məsələsi həll olunana qədər ikinci dərəcəli məsələdir.

“İranın heç vaxt nüvə silahı olmayacaq”, – Donald Tramp qeyd edir.