Donald Tramp - İran liderlərinə müraciət edirəm, yaxşı olar ki, xalqı öldürməyə və atəş açmağa başlamayasınız, çünki biz də atəş açmağa başlayacağıq
Donald Tramp - İran liderlərinə müraciət edirəm, yaxşı olar ki, xalqı öldürməyə və atəş açmağa başlamayasınız, çünki biz də atəş açmağa başlayacağıq

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran hakimiyyəti nümayişləri zorakılıqla basdırmağa davam edərsə, Birləşmiş Ştatlar buna ciddi nəticələrlə cavab verəcək.

Onun sözlərinə görə, İranın hazırda böyük problemləri var.

“Görünür ki, insanlar müəyyən şəhərləri ələ keçirirlər, bu da bir neçə həftə əvvəl demək olar ki, mümkün deyildi. Onlar öz xalqlarına pis davrandılar və indi cavab verirlər. Görək nə olacaq”, – deyə Tramp bildirib.

Donald Trampın qeyd etdiyi kimi, ABŞ vəziyyəti diqqətlə izləyir və aydın mövqe tutur.

“Mən çox aydın şəkildə bildirdim ki, əgər onlar keçmişdə etdiyi kimi insanları öldürməyə başlasalar, biz müdaxilə edəcəyik. Ən çox ağrılı olan yerə çox ağır zərbə vuracağıq. İran liderlərinə müraciət edirəm, atəş açmağa başlamasanız yaxşı olar, çünki biz də atəş açmağa başlayacağıq”, – deyə Amerika Birləşmiş Ştatlarının Prezidenti bildirib.