Donald Tramp – İran da razılaşma əldə etmək istəyir, amma onların hələ buna hazır olduqlarını düşünmürəm
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar və İranın münaqişəyə son qoymaq üçün danışıqlar apardığını, lakin Tehranın hələlik razılaşmaya hazır olmadığını bildirib.
“Biz onlarla danışırıq. Düşünürəm ki, onlar indiyə qədər gördüyümüz ən ciddi şəkildə yanaşırlar, lakin bu, bir nəticə əldə edəcəyimiz mənasına gəlmir. Görək nə olacaq”, – Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
Jurnalistin “müharibəni dayandırmaq strategiyası ilə bağlı sualına cavab olaraq Tramp bunun üçün bir neçə fərqli yolun olduğunu deyib.
Donald Trampın sözlərinə görə, variantlardan biri hərbi yoldur – hazırkı yanaşmanın davam etdirilməsi və ya daha da gücləndirilməsi. ABŞ prezidentinin izah etdiyinə görə, bu, hər şeyi məhv edəcək.
“Yaxud daha ağıllı bir strategiya var – onların da istədikləri bir razılaşma bağlamaq. Sadəcə olaraq, onların hələlik hazır olmadıqlarını düşünürəm”, – deyə Donald Tramp qeyd edir.