Donald Tramp immiqrasiya siyasətini sərtləşdirmək çərçivəsində iş vizası üçün rüsumu 100 000 dollara qədər artırdı
ABŞ prezidenti Donald Tramp immiqrasiya siyasətini sərtləşdirmək çərçivəsində H-1B iş vizası üçün rüsumu 100 000 dollara qədər artırıb. Bu barədə məlumatı “Deutsche Welle” yayır.
Medianın məlumatına görə, Tramp bu addımı ilə amerikalılar üçün iş imkanlarını təşviq etmək istəyir.
Medianın yazdığına görə, həmin viza proqramından əsasən yüksək texnologiya sahəsində fəaliyyət göstərən nəhəng şirkətlər faydalanırdı. Onlar yüksək ixtisaslı kadrları əsasən Hindistan və Çindən cəlb etməyə çalışırdılar.
İndiyədək viza rüsumunun qiyməti 215 dollardan başlayırdı və viza verildiyi halda əlavə ödənişləri də əhatə edirdi. İldə 85 000-ə qədər viza verilirdi. İndi isə viza rüsumu illik 100.000 dollar olacaq.