Donald Tramp - Hindistana rüsumları əhəmiyyətli dərəcədə artıracağam, çünki o, təkcə Rusiya neftini almır, həm də aldığı neftin böyük bir hissəsini açıq bazarda satır
Donald Tramp - Hindistana rüsumları əhəmiyyətli dərəcədə artıracağam, çünki o, təkcə Rusiya neftini almır, həm də aldığı neftin böyük bir hissəsini açıq bazarda satır

ABŞ prezidenti Donald Tramp Rusiya neftinin idxalı və “yenidən satılması” üçün Hindistana rüsumları əhəmiyyətli dərəcədə artıracağını bildirib.

ABŞ prezidentinin dediyinə görə, Hindistan nəinki böyük həcmdə Rusiya neftini alır, həm də böyük gəlir əldə etmək üçün aldığı neftin böyük bir hissəsini açıq bazarda satır.

“Rus döyüş maşınının Ukraynada nə qədər insanı öldürməsi onları maraqlandırmır. Bu səbəbdən Hindistanın ABŞ-a ödədiyi rüsumları əhəmiyyətli dərəcədə artıracağam”, – Donald Tramp sosial şəbəkədə yazır.

Bundan əvvəl Donald Tramp ABŞ-ın Hindistana 25 faizlik ticarət rüsumları tətbiq edəcəyini bildirdi.