Donald Tramp - Hindistan ABŞ rüsumlarını sıfıra endirilməsini təklif etdi, amma artıq gecdir
Donald Tramp - Hindistan ABŞ rüsumlarını sıfıra endirilməsini təklif etdi, amma artıq gecdir

Hindistan ABŞ mallarına tarifləri sıfıra endirməyi təklif edib, lakin artıq gecdir, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ prezidentinin dediyinə görə, ABŞ və Hindistan arasında iqtisadi münasibətlər birtərəflidir, çünki Hindistan ABŞ-a böyük miqdarda məhsul satır, amma özü az məhsul alır.

“Onlar ABŞ-a nəhəng miqdarda məhsul satırlar, biz isə onların ən böyük müştərisiyik, lakin biz orada çox az məhsul sata bilirik, bu, tamamilə birtərəfli münasibətdir və artıq uzun onilliklərdir ki, belə davam edir. Səbəb isə odur ki, Hindistan digər ölkələrlə müqayisədə ABŞ-a qarşı yüksək rüsumlar tətbiq edib və bizim şirkətlər Hindistanda məhsul sata bilmirlər. Bu, birtərəfli bir fəlakətdir. Həmçinin, Hindistan neftin və hərbi məhsulun böyük hissəsini Rusiyadan alır, ABŞ-dan isə çox az. İndi bizə tariflərin sıfıra endirilməsini təklif ediblər, amma artıq gecdir. Bunu illər əvvəl etməli idilər”, – Tramp yazır.