Donald Tramp - Həm Putin, həm də Zelenski müharibəyi bitirmək istəyir
Həm Putin, həm də Zelenski müharibəyi bitirmək istəyir, – bu barəd ABŞ Prezidenti Donald Tramp bildirib.
Trampın söylədiyinə görə, hazırda Moskvada ABŞ nümayəndələri ilə Vladimir Putin arasında görüş keçirilir.
“Görək hadisələr necə inkişaf edəcək”, -Tramp qeyd edib.
Bununla yanaşı, ABŞ prezidenti Davosda Volodimir Zelenski ilə “çox yaxşı görüş” keçirdiyini bildirib. Tramp qeyd edib ki, həm Zelenski, həm də Putin “razılaşma əldə etmək” niyyətindədirlər və deyib ki, Zelenski bunu bu gün görüş zamanı dəfələrlə təkrar edib.
Trampın söylədiyinə görə, əgər razılaşma əldə olunarsa, Avropa da ona qoşulacaq.
Bununla yanaşı, jurnalistin Birləşmiş Ərəb Əmirliklərində mümkün görüşlə bağlı sualına cavab olaraq Tramp bildirib: “Nə vaxt görüşsək, bu yaxşıdır. Əgər görüşməsək, onda heç nə baş verməyəcək”.