Donald Tramp – Harvard Universiteti vergi güzəştlərindən sui-istifadə edir
ABŞ prezidenti Donald Tramp Harvard Universitetinin vergi güzəştlərindən sui-istifadə etdiyini bildirib.
“Harvard utancvericidir, onların hərəkətləri utancvericidir. Onların aydın şəkildə antisemit mövqeyi var. Vergidən azad olma statusu-imtiyazdır. Bu, həqiqətən də imtiyazdır. Bundan, təkcə Harvard deyil, bir çox başqa qurumda da sui-istifadə edir. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik”, – Donald Tramp jurnalistlərə müsahibəsində bildirib.
CNN-in məlumatına görə, ABŞ Daxili Gəlirlər Xidməti Harvardın vergi güzəştlərini ləğv etməyi planlaşdırır.
Harvard Universitetinin bəyanatında deyilib ki, vergi güzəştlərinin ləğv edilməsinin heç bir hüquqi əsası yoxdur. Universitetdə belə bir hərəkətin misilsiz olacağını, tələbələrə maddi yardımı azaldacağını və bəzi mühüm tibbi tədqiqat proqramının dayandırılmasına səbəb olacağını qeyd ediblər.