Donald Tramp "HƏMAS"a girovları azad etmək üçün 5 oktyabr tarixinədək, Vaşinqton vaxtı ilə saat 18:00-dək vaxt verdi
Donald Tramp "HƏMAS"a girovları azad etmək üçün 5 oktyabr tarixinədək, Vaşinqton vaxtı ilə saat 18:00-dək vaxt verdi

ABŞ prezidenti Donald Tramp “HƏMAS”a girovları azad etmək üçün 5 oktyabr tarixinədək, Vaşinqton vaxtı ilə saat 18:00-dək vaxt verdi.

Tramp “HƏMAS”ı girovlarla birlikdə İsrailə həlak olanların cəsədlərini də təhvil verməyə çağırdı.

Trampın bildirdiyinə görə, Yaxın Şərqin böyük, güclü və çox varlı ölkələri, həmçinin qonşu regionlar ABŞ və İsraillə birlikdə sülh barədə razılığa gəldilər.

“Əgər bu razılaşmada bu son şansdan istifadə edilməsə, “HƏMAS”a qarşı heç kimin görmədiyi bir cəhənnəm başlanacaq”, – Donald Tramp sosial şəbəkədə yazır.

Bununla yanaşı, ABŞ prezidenti fələstinliləri potensial təhlükə zonasını tərk edərək Qəzzanın təhlükəsiz bölgələrinə keçməyə çağırıb.

“Sənədin təfərrüatları dünyaya məlumdur və hər kəs üçün qəbulediləndir. Biz hər hansısa yolla Yaxın Şərqdə sülhü bərqərar edəcəyik. Zorakılıq və qan axıdılması dayanacaq. Dərhal bütün girovları, o cümlədən həlak olanların cəsədlərini azad edin”, – Tramp yazır.