Donald Tramp, Qrenlandiya Baş Nazirinin ABŞ-a aid olmaq istəməməsi ilə bağlı bəyanatına cavab verir - "Razı deyiləm, kim olduğunu bilmirəm, amma bu onun üçün böyük problem olacaq"
ABŞ prezidenti Donald Tramp, Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenin Qrenlandiyanın ABŞ-a aid olmasını istəmədiyi və əgər seçim etməli olsaydı, Danimarka Krallığını, NATO-nu və Avropa İttifaqını seçəcəyi ilə bağlı bəyanatına münasibət bildirib.
“Mən onunla razı deyiləm. Onun kim olduğunu bilmirəm, onun haqqında heç nə bilmirəm, amma bu, onun üçün böyük problem olacaq”, – deyə Donald Tramp bildirib.
Məlumat üçün bildirək ki, Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri 14 yanvarda Ağ Evdə Cey Di Vens və Marko Rubio ilə görüşəcəklər. Amerika tərəfi ilə görüşdən əvvəl Qrenlandiyanın Baş naziri Yens Frederik Nilsen və Danimarkanın Baş naziri Mette Frederiksen birgə mətbuat konfransı keçiriblər. Nelsonun dediyi kimi, Qrenlandiya ABŞ-a aid olmaq istəmir: “Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir. Qrenlandiya ABŞ-ın bir hissəsi olmayacaq. Biz Danimarka Krallığının bir hissəsi olan Qrenlandiyanı seçirik. İndi geosiyasi böhranla üzləşirik və ABŞ ilə Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçirik. Biz NATO-nu, Danimarka Krallığını, Avropa İttifaqını seçirik”.