Donald Tramp – Görüşü nəzərə alaraq, Rusiya ilə bağlı sanksiyalar barədə düşünmək mənə bəlkə də iki-üç həftəyə lazım olacaq, amma indi bunun üzərində düşünməyə ehtiyac yoxdur, görüşün çox yaxşı keçdiyini düşünürəm

ABŞ prezidenti Donald Tramp bildirir ki, Vladimir Putinlə görüşü nəzərə alaraq, hazırda Rusiya əleyhinə sanksiyaların tətbiqini nəzərdən keçirmir.

Bu barədə Donald Tramp Ankoricdə Vladimir Putinlə görüşdən sonra “Fox News”a verdiyi müsahibəsində bildirib.

“Bu gün baş verənləri nəzərə alaraq, düşünürəm ki, indi bunun üzərində fikirləşməyə ehtiyac yoxdur. Ola bilər ki, iki-üç həftəyə bu barədə düşünməli olum, amma hazırda buna ehtiyac yoxdur. Fikrimcə, bilirsiniz ki, görüş çox yaxşı keçdi,” – deyə Donald Tramp bildirib.

“Rusiya prezidenti ilə görüşü 10 ballıq şkala ilə neçə balla qiymətləndirərdiniz?” sualına Donald Tramp cavab verib ki, onu 10 balla qiymətləndirərdi.

Xatırladaq ki, Alyaskada keçirilən görüşədək Donald Tramp Rusiyanı sülh sazişinə nail olmadığı halda sanksiyalarla hədələyirdi.

Donald Tramp və Vladimir Putinin görüşü Ankoricdəki Amerika hərbi bazasında təxminən üç saat davam edib.