Donald Tramp - Görürəm ki, Si Dzinpin heyrətamiz bir insandır, o, 1.4 milyard insanı dəmir yumruqla idarə edir, o, öz ölkəsini sevir
ABŞ Prezidenti çinli həmkarı ilə Tayvana silah tədarükü məsələsini müzakirə edir, – bu barədə Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
ABŞ-ın Tayvana silah satıb-satmaması ilə bağlı jurnalistin verdiyi suala cavab verən Tramp, bu mövzunu çinli həmkarı ilə müzakirə edəcəyini bəyan edib.
“Prezident Si Dzinpin bizim satış həyata keçirməməyimizi istəyir və biz bu mövzu üzrə danışıqlar aparacağıq. Bu, müzakirə edəcəyimiz çoxsaylı məsələlərdən biridir. Bilirsiniz, “Covid” istisna olmaqla, biz yaxşı əməkdaşlıq edirdik, amma bundan başqa da yaxşı münasibətlərimiz var idi. Görürəm ki, o, heyrətamiz bir insandır. Mən bunu deyəndə mətbuat həmişə yazır: “Oh, ona belə xitab etməsi dəhşətlidir”, amma bilirsiniz, o, 1.4 milyard insanı dəmir yumruqla idarə edir. Sizə bir şeyi deyim, o, öz ölkəsini sevir”, – Tramp bildirib.