Donald Tramp - Qətlləri dayandırmağın vaxtıdır, Zelenski və Putin olduqları yerdə dayanmalıdırlar, qoy hər iki tərəf qələbəni elan etsin
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünün “çox maraqlı və mehriban” keçdiyini qeyd edir.
“Mən ona, eləcə də Prezident Putinə qəti şəkildə tövsiyə etdiyim kimi dedim ki, artıq qətlləri dayandırmağın və razılaşma əldə etməyin vaxtıdır”, – Tramp Zelenski ilə görüşündən sonra sosial şəbəkədə yazır.
Trampın sözlərinə görə, tərəflər müharibəni dərhal dayandırmalıdır.
“Sərhədlər müharibə və cəsarətlə müəyyən edilib. Onlar olduqları yerdə dayanmalıdırlar. Qoy hər iki tərəf öz qələbəsini elan etsin, tarixin özü hökm versin. Kifayət qədər atışma oldu, kifayət qədər qətllər oldu, kifayət qədər vəsait xərcləndi. Mən prezident olsaydım, bu müharibə heç başlamazdı”, – Tramp qeyd edir.