Donald Tramp – Fevral ayında Ağ Evdə Kolumbiya prezidenti ilə görüşməyi səbirsizliklə gözləyirəm

10:16, 10.01.2026

ABŞ prezidenti Donald Tramp fevralın ilk həftəsində Ağ Evdə Kolumbiya prezidenti Qustavo Petro ilə görüşəcəyini bildirib.

“Fevral ayının ilk həftəsində Ağ Evdə Kolumbiya prezidenti Qustavo Petro ilə görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə Tramp yazır.

Donald Tramp görüşün həm Kolumbiya, həm də ABŞ üçün çox yaxşı keçəcəyinə əmin olduğunu deyib.

“ABŞ-a kokain və digər narkotik maddələrin idxalı dayandırılmalıdır”, – ABŞ prezidenti sosial şəbəkədə yazır.

Oxşar