Donald Tramp – Emmanuel Makron və Kir Starmer Ukraynadakı müharibəni bitirmək üçün heç nə etməyiblər

22:54, 21.02.2025

ABŞ prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron Ukraynadakı müharibəni bitirmək üçün heç nə etməyiblər.

“Fox News Radiosu” ilə danışan Trampdan Starmer və Makronla planlaşdırılan görüşlər barədə soruşduqda o, aparıcının sözünü kəsib və deyib ki, “Onlar heç nə etmədilər… Rusiya ilə heç bir görüş keçirmədilər! Onlar heç nə etməyiblər “, – Tramp dedi.

Tramp Makronun “onun dostu” olduğunu qeyd edib və Starmerin “çox yaxşı kişi” olduğunu, lakin “onların heç biri Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı heç nə etməyib.”

Oxşar