Donald Tramp - Düşünürəm ki, ola bilsin Vladimir Putin İrana bir az kömək edir
Donald Tramp - Düşünürəm ki, ola bilsin Vladimir Putin İrana bir az kömək edir

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İrana kömək edə biləcəyini hesab edir. Bu barədə Tramp “Fox News Radiosu”na verdiyi müsahibədə bildirib.

“Düşünürəm ki, o, ehtimal ki, İrana bir az kömək edir, bəli, yəqin ki. O, yəqin ki, bizim Ukraynaya kömək etdiyimizi düşünür, elə deyilmi?”, – Tramp “The Brian Kilmeade Show” proqramında bildirib.

Bununla yanaşı, ABŞ prezidenti qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdə İran dronlarını vurmaq üçün Ukraynanın köməyinə ehtiyacı yoxdur.

“Bizə dron əleyhinə müdafiə məsələlərində kömək lazım deyil. Dronlar haqqında ən çox məlumat bizdədir. Əslində, dünyanın ən yaxşı dronları bizdədir”, – deyə ABŞ prezidenti bildirib.

Müsahibəsində Donald Trump İran barədə danışarkən qeyd edib ki, ABŞ İranın zənginləşdirilmiş uranını əldə etməyə yönəlməyib.

“Biz buna diqqət yetirmirik, amma müəyyən məqamda diqqət yetirə bilərik. Hazırda biz onların raketlərini və dronlarını məhv etməyə diqqət yetiririk”, – deyə Tramp bildirib.