Donald Tramp – Düşünürəm ki, biz həm Çin, həm də Rusiya ilə dost olacağıq
ABŞ prezidenti Donald Tramp həm Çin, həm də Rusiya ilə dostluq münasibətləri quracağını düşündüyünü bildirib.
Tramp bu barədə “Fox News”a müsahibəsində danışıb.
“Biz hər ikisi ilə dost olacağıq. Düşünürəm ki, hər ikisi ilə dost olacağıq. Çinin ticarət baxımından bizə çox ehtiyacı var, lakin biz kəsiri düzəltmək məcburiyyətindəyik. Hazırda Çinlə bir trilyon dollardan çox kəsirimiz var. Bu, inanılmazdır və biz bununla bağlı nəsə edəcəyik, Rusiya isə iqtisadi gücümüzün bir hissəsinə sahib olmaq istəyir”, – Tramp qeyd edib.