Donald Tramp – daxili düşmən Çin və Rusiyadan daha təhlükəlidir

19:23, 14.10.2024

Daxili düşmən Çin və Rusiyadan daha təhlükəlidir, – bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.

Tramp “Fox News” telekanalına müsahibəsində  ona qarşı çıxan amerikalıları “radikal solçu çılğınlar” və “daxili düşmənlər” adlandırıb.

“Mən həmişə deyirəm ki, bizim iki düşmənimiz var. Bizim xarici düşmənimiz var və sonra daxili düşmənimiz var. Mənim fikrimicə, daxili düşmən Çindən, Rusiyadan və bütün bu ölkələrdən daha çox təhlükəlidir. Ən çətin iş bu çılğınlarla məşğul olmaqdır”, – Donald Tramp bildirib.

Adam Şiff 2019-2023-cü illərdə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə sədrlik edirdi və Donald Trampın ilk impiçment məhkəməsində əsas fiqur olub.

Oxşar