Donald Tramp daha yeddi ölkəyə rüsumlarla bağlı məktub göndərib
Donald Tramp daha yeddi ölkəyə rüsumlarla bağlı məktub göndərib

ABŞ prezidenti Donald Tramp Moldovadan başqa daha yeddi ölkəyə rüsumlarla bağlı məktub göndərib. Bunlar: Filippin, Bruney, Əlcəzair, İraq, Liviya, Şri Lanka və Braziliyadır.

Məlumdur ki, Liviyaya, İraqa, Əlcəzairə və Şri-Lankaya 30 faizlik rüsumlar tətbiq olunacaq, Bruneyə 25 faizlik, Filippinlərə isə 20 faizlik rüsumlar tətbiq ediləcək. Daha sonra Tramp bildirib ki, Braziliyadan idxal olunan mallara 50 faizlik rüsum tətbiq ediləcək və bu da avqustun birindən qüvvəyə minəcək.

Tramp Braziliya ilə bağlı qəbul etdiyi qərarın səbəbi kimi sabiq prezident Jair Bolsonaroya qarşı cinayət təqibini və Braziliyada Amerika platformalarının senzurasını göstərib.