Donald Tramp daha 10 girovun “HƏMAS” əsirliyindən azad ediləcəyini bildirir
Donald Tramp daha 10 girovun “HƏMAS” əsirliyindən azad ediləcəyini bildirir

ABŞ prezidenti Donald Tramp bildirir ki, çox yaxın zamanda Qəzzada “HƏMAS”ın əsirliyindən daha on girov azad ediləcək. Bu barədə Donald Tramp Ağ Evdə keçirilən tədbirdə danışıb.

Tramp qeyd edib ki, Ermənistan və Azərbaycan sülh sazişinə yaxındır.

“Ermənistan və Azərbaycan – biz orada heyrətamiz iş görmüşük və bu, hələ əldə olunmasa da, çox yaxındır. Qəzzaya gəlincə, biz girovların çoxunu geri qaytarmışıq. Tezliklə biz daha on nəfəri geri qaytaracağıq və ümid edirik ki, bu, kifayət qədər tez başa çatacaq. Stiv Uitkof möhtəşəm idi. O, böyük iş gördü. O, çox yaxşı insandır və yaxşı vasitəçidir”, – Tramp qeyd edib.