Donald Tramp – Con Bolton qeyri-sabit, çılğın bir insandır və cinayətini məhz indi etiraf edir, ümid edirəm ki, ona sərt davranacaqlar
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə keçmiş müşaviri, məxfi məlumatların qanunsuz saxlanması işi üzrə suçunu etiraf edən Con Boltonu tənqid edir.
Donald Trampın yazdığına görə, Con Bolton axmaq, qeyri-sabit və səriştəsiz bir insandır.
“Con Bolton çox axmaq, qeyri-sabit və səriştəsiz keçmiş nümayəndədir, məhz indi cinayətini etiraf edir. Dəhşətli, çılğın bir insandır; hara gedirdisə, ancaq problemlər yaratmaq və müharibələr qızışdırmaq istəyirdi, ölüm və dağıntı yayırdı. Ümid edirəm ki, ona sərt davranacaqlar”, – Tramp sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton məxfi məlumatların qanunsuz saxlanması işi üzrə günahını etiraf edib.
İstintaqın məlumatına görə, Con Bolton öz kitabı üçün material toplamaq məqsədilə məxfi məlumatların yer aldığı qeydlər aparırdı.