Donald Tramp Çinə əlavə rüsumlar tətbiq etməklə hədələyib
ABŞ prezidenti Donald Tramp Çinin ABŞ-ın rüsumlarına cavab olaraq tətbiq etdiyi öz tariflərini ləğv etməməsi halında Çinə əlavə 50% rüsum tətbiq edəcəyini bildirir.
Bu barədə Tramp öz “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mənim xəbərdarlığıma baxmayaraq, ABŞ-a əlavə rüsumlar tətbiq etməklə cavab tədbiri həyata keçirən hər hansı bir ölkəyə, dərhal ilkin olaraq təyin olunandan daha yuxarı, yeni və əhəmiyyətli dərəcədə yüksək tariflər tətbiq ediləcək. Çin artıq rekord tariflərinə əlavə olaraq 34%-lik cavab tarifləri tətbiq edib, buna görə də Çin sabah, 2025-ci ilin 8 aprel tarixinə qədər 34%-lik rüsumu ləğv etməsə, ABŞ Çinə aprelin 9-dan qüvvəyə minəcək 50%-lik əlavə rüsum tətbiq edəcək. Bundan başqa, Çinlə tələb etdikləri görüşlərlə bağlı bütün danışıq dayandırılacaq. Görüşlərin keçirilməsini tələb edən digər ölkələrlə danışıqlar dərhal başlayacaq, – Tramp yazır.