Donald Tramp – Çin səhv oynadı və panikaya düşdü

18:54, 04.04.2025

Çin səhv oynadı və panikaya düşdü, – bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.

“Çin səhv oynadı, panikaya düşdü, bu, heç vaxt özlərinə icazə verməməli olduqları bir şeydir”, – deyə Donald Tramp yazır.

Məlumat üçün bildirək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp bütün Çin malına artıq qüvvədə olan 20%-dən əlavə 34%-lik əlavə rüsum tətbiq edib. Bu gün Çin Maliyyə Nazirliyində bildiriblər ki, buna cavab olaraq Çin aprelin 10-dan etibarən ABŞ-a 34%-lik əlavə rüsum tətbiq edəcək.

Oxşar