Donald Tramp - Çin prezidenti ilə ticarət, "fentanil", Ukraynada müharibənin dayandırılmasının vacibliyi və "TikTok"la bağlı razılaşmanın təsdiqi məsələlərində irəliləyiş əldə etdik
Donald Tramp - Çin prezidenti ilə ticarət, "fentanil", Ukraynada müharibənin dayandırılmasının vacibliyi və "TikTok"la bağlı razılaşmanın təsdiqi məsələlərində irəliləyiş əldə etdik

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Dzinpin ilə danışdıqdan sonra bildirib ki, ticarət, fentanil, Ukrayna müharibəsi və TikTok ilə bağlı irəliləyiş əldə olunub.

ABŞ prezidenti çinli həmkarı ilə daha bir telefon danışığı aparacağını deyib.

“Çin Sədri Si Dzinpinlə çox məhsuldar telefon danışığını indicə bitirdim. Ticarət, fentanil, Rusiya ilə Ukrayna arasındakı müharibənin bitməsinin zəruriliyi və “TikTok” razılaşmasının təsdiqi məsələlərində irəliləyiş əldə etdik. Həmçinin prezident Si Dzinpin ilə razılaşdıq ki, biz Cənubi Koreyada keçiriləcək “APEC”sammitində görüşəcəyik və gələn ilin əvvəlində mən Çinə səfər edəcəyəm, prezident Si Dzinpin isə uyğun vaxtda Amerika Birləşmiş Ştatlarına gələcək”, – Donald Tramp sosial şəbəkədə yazır.