Donald Tramp - Çin mallarına 80%-lik rüsumlar ədalətli görünür, Çin öz bazarını ABŞ-a açsa yaxşı olar, qapalı bazarlar artıq işləmir
ABŞ prezidenti Donald Tramp bildirir ki, Çin mallarına tətbiq edilən 80%-lik rüsumlar ədalətli görünür. Bu barədə Tramp sosial şəbəkədə yazıb.
“Çin öz bazarını ABŞ-a açmalıdır, bu, onlar üçün çox yaxşı olardı. Qapalı bazarlar artıq işləmir”, – Tramp yazıb.
ABŞ və Çin tərəfindən tətbiq edilən 100%-dən çox ikitərəfli rüsumlar dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarəti faktiki olaraq dondurdu.
Məlum olduğu kimi, ABŞ-ın maliyyə naziri Skot Besant və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri İsveçrədə Çinin iqtisadiyyat naziri He Lifeng ilə görüşəcək. Bu görüş ticarət mübahisəsinin həlli istiqamətində atılmış ilk addım ola bilər.
Eyni zamanda, son günlərdə qarşılıqlı güzəştlərə hazır olmaları barədə siqnallar var.